29 il öncə Tovuzun Ermənistanla sərhəd kəndlərində dalğalanan Azərbaycan bayrağı ermənilərə göz dağı verib. Həmin dövrdə müstəqilliyini hələ yeni elan edən ölkəmizdə bu dövlət atributunu tapmaq mümkün deyildi. Bu səbəbdən Tovuzda 3 rəngli bayrağımızı tikmək işini Ağdam kənd sakini Laçın Bağırova öz üzərinə götürüb. Onun tikdiyi bayraqlar sərhəd kəndlərinin ən hündür yerlərində dalğalanıb, özünümüdafiə batalyonlarının döyüş bayrağına çevrilib.
Sonralar bu işə ehtiyac olmadığından Laçın nənə tikiş maşınını bir küncə qoyub. Lakin son günlər ordumuzun cəbhədə apardığı uğurlu əməliyyatlar onu da həvəsləndirib. 85 yaşlı Laçın nənə uzun illərdir işlətmədiyi tikiş maşınını yenidən işə salıb. O, bu dəfə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır.