13:13 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YouTube / Paul Dwyer Music

Xalq mahnılarımızı xarici musiqiçilərin ifasında eşitmək doğrudan da qürurverici bir hissdir. Mahnılarımızı yenidən kəşf edir, onlara bir daha aşiq oluruq. Sputnik Azərbaycan sizi ən sevilən mahnılarımızdan birini britaniyalı musiqiçinin ifasında dinləməyə çağırır.

“Girdim yarın bağçasına” xalq mahnısını tanımayan azərbaycanlı az tapılar. Bu mahnını biz Akif İslamzadə, Sara Qədimova, Rübabə Muradova, Rəşid Behbudov kimi korifeylərimizin ifasında eşitməyə adət etmişik.

Mahnı Səid Rüstəmov tərəfində nota alınaraq orkestr üçün işlənmişdir. Ötən il isə mahnını dünyaca məşhur Sami Yusuf Sevda Ələkbərzadə ilə birgə öz konsertində ifa edib.

Sputnik Azərbaycan isə onu tamamilə müxtəlif ifada dinləməyə dəvət edir. Paul Dwyer və tar ifaçısı Aytaç Köktürk mahnının üzərində birgə işləyiblər. Paul Dwyer 1963-cü ildə Böyük Britaniyada doğulub. Hal-hazırda Türkiyədə yaşayan sənətçi yaratdığı televiziya proqramı çərçivəsində ölkəni qarış-qarış gəzərək Anadolunun musiqi ənənələri ilə yaxından tanış olub.

Azərbaycan musiqisinə qarşı biganə olmayan sənətçi son zamanlar bizim mahnılarımızı da ifa etməyə çalışır.

Digər videolar

Əsas mövzular