11:45 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İlham Əhmədov / Kamilla Əliyeva / Leyla Orucova

Qış-yay turizm kompleksi “Tufandağ” bu mövsümdə çəkdiyi zərəri sayır. İstirahət kompleksinin pandemiya ucbatından yaşadığı çətinliklərin öhdəsindən necə gəldiyini videomuzda izləyin.

Koronavirusa görə Azərbaycan dağ-xizək mövsümünü vaxtından öncə bağlamalı oldu. Bütün ümid yerli turizmə olduğu halda, burada da işlər tam yolunda deyil. Bakıdan rayonlara yollar hələ də bağlıdır, yerli sakinlər üçün isə çox vaxt turist kompleksində həftəsonu keçirəcək büdcələrinə sığmayan bir şey kimi görünür.

Qış-yay turizm kompleksi olan “Tufandağ” Qəbələdən 4 kilometrlik məsafədə yerləşir. Burada qonaqlar qışda xizək sürə, yayda isə kanat xətti ilə dağa qalxa və digər əyləncə növləri ilə məşğul ola bilərlər. Yayın birinci ayının ortasına gəlib-çatmışıq, amma burada qonaqdan əsər-əlamət yoxdur. Kompleksin personalı kanat xətlərinin təhlükəsizliyini yoxlayır və onları istismar üçün hazır vəziyyətə gətirirlər.

“Tufandağ” kompleksinin Əməliyyatlar üzrə direktoru Eldar İsgəndərov Sputnik Azərbaycan-a bildirib ki, hal-hazırda mehmanxanada bütün bronlar ləğv edilib və personal kompleksin texniki təhlükəsizliyini yoxlayır.

“Bütün iş məkanları mütəmadi olaraq dezinfeksiya edilir. Biz ümidvarıq ki, yaxın zamanlarda qonaqlarımız üçün yenidən qapımızı açacağıq”, - deyə İsgəndərov bizimlə bölüşüb.

Təbii ki, səyahətlərə olan tələbatlar da olduqca fərqli olacaq – maskalar, spirt, sosial məsafə. Bu cür şəraitdə istismarçıların tələbatlarını əvvəlcədən proqnozlaşdırmaq isə olduqca çətin olacaq.

Digər videolar

Əsas mövzular