02:38 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Düz beş il bundan öncə Sputnik agentliyi Azərbaycanda informasiya portalının açılmasını elan etdi. Bu münasibətlə millət vəkili, Azərbaycanın iqtisadçı alimi Vüqar Bayramov bizi təbrik etdi.

Sputnik Azərbaycan multimedia agentliyi ilk kiçik yubileyini qeyd edir – nə az, nə çox - beş yaş. Öz işini 2015-ci ilin may ayında başlayan agentlik bu müddət ərzində Azərbaycanın öncül informasiya agentliklərindən biri olmağa müvəffəq olub və ilk gündən etibarən öz oxucularına keyfiyyətli materiallar təqdim etməyə çalışıb.

Bu münasibətlə Sputnik Azərbaycan-ı ölkənin tanınmış iqtisadçı alimi, Milli Məclisin deputatı Vüqar Bayramov təbrik edib. O, agentliyin hər zaman cəmiyyət üçün aktual məsələləri qələmə aldığını bildirib və növbəti dövrlərdə də uğurların bol olmasını arzulayıb.

“Sputnik Azərbaycan mənim ən çox əməkdaşlıq etdiyim agentliklərdən biridir. Mənim üçün bir iqtisadçı və millət vəkili olaraq hər zaman cəmiyyət üçün aktual məsələləri Sputnik-lə birgə müzakirə edib cəmiyyətə təqdim etmək çox xoş idi və əminəm ki, növbəti dövrlərdə daha sıx əməkdaşlıq etmək imkanlarımız olacaq”, - deyə millət vəkili bildirib.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerlı mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Sputnik – dünyanın 90-dan çox şəhərində 33 dildə multimedia internet saytlarını, analoq və rəqəmsal radioyayımlarını özündə birləşdirən dünyanın ən iri beynəlxalq KİV-lərindən biridir. Sputnik xəbər lentləri sutka ərzində ingilis, ərəb, ispan, çin və fars dillərində bütün dünya üzrlə aparıcı mediaları məlumatla təmin edir. Sputnik informasiya resurslarının auditoriyası ayda 80 milyondan çoxdur, Sputnik sosial şəbəkələrində isə ümumi abunəçilərin sayı 20 milyonu keçir. Bişkekdən Kişinyova qədər, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzlərində onlarla müxtəlif milliyyəti təmsil edən minlərlə insan çalışır. Sputnik “Rossiya Segodnya” media qrupuna daxildir.

Digər videolar

Əsas mövzular