05:48 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Artıq iki aydan çoxdur, məktəblər şagirdsiz qalıb, müəllimlər auditoriyasız, uşaqlar isə ünsiyyətsiz. Bütün təhsil yalnız onlayn formada aparılır. Virtual məktəbdə dərslərin necə aparıldığını videomuzda izləyin.

Artıq üç aya yaxındır ki, koronavirus pandemiyası ölkəni məktəbləri bağlamağa vadar etdi. Düzdür, bunun ilk bir neçə həftəsini uşaqlar sevinclərini gizlədə bilmirdilər, axı məktəbə getmək lazım deyil. Dərslər də yoxdur... Xeyr, var. 

Bu müddət ərzində Azərbaycan təhsili tamamilə onlayn platformaya keçid etməli oldu. Öncələr işlənmiş platformalar sınaqdan keçirildi və qısa müddət ərzində yeni həllər tapılmalı oldu. Beləliklə, bütün ölkə üzrə Virtual Məktəb layihəsi işə düşdü.

Teledərslərdən fərqli olaraq bu məktəbin əsas üstünlüyü şagird və müəllim arasında virtual da olsa, canlı ünsiyyətin olmasıdır. Şagirdlər hər gün üç dərsə “gedir”, öncədən tərtib edilmiş cədvəl üzrə dərslərə hazırlaşır, dərs tapşırıqlarını da proqramdaca həll edirlər.

Ən böyük mənfi tərəfi isə bütün ölkənin onlayn platformalara keçid etməsilə zəifləyən internet bağlantısıdır. Hərdən videogörüntü donur, səs qırıq-qırıq gəlir. Bəzi şagirdlərin, xüsusilə də ucqar kəndlərdə yaşayanların, internetə girişi olmadığına görə onlar tamamilə bu proqramdan təcrid edilmiş vəziyyətdə qalır.

Amma bir şey aydındır. Hətta öncələr məktəbə həvəssiz gedən, hər həftə bir-iki gün “qızdırması olan” şagirdlər belə indi yenidən məktəb partası arxasına keçməkdən ötrü çox darıxıblar. Çünki real ünsiyyəti heç bir yenilik əvəz edə bilməz.

Digər videolar

Əsas mövzular