Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əli qanla oynayan azərbaycanlı qız: "Yaşlılar məni satanist adlandırırlar"

Abunə olmaq
19 yaşlı Gülnaz Bayramova hələ yeniyetməlik dövründən həyatının işini seçib – o, qorxu filmləri üçün qrim ustası olmaq arzusu ilə yaşayıb. Gənc rəssamın bu arzusunu necə reallaşdırdığını videomuzda izləyin.

Gülnaz Bayramova bu işə ilk başlayanda hələ 18 yaşı olmamışdı. Ailə üzvlərini zarafatyana qorxutmaq istəyən qız əlinin altında olan materiallardan – plastilin və quaşdan çapıq edib. İlk təcrübəsi də olduqca qorxulu və inandırıcı alınıb.

“Şəklini çəkib sosial şəbəkələrdə paylaşmışdım. Hər kəs də məndən soruşurdu ki, mənə nə olub. Çox inandırıcı alınmışdı. Və elə o andan bu işlə hobbi kimi yox, sənət kimi məşğul olmağı seçdim”, - deyə gənc rəssam bizimlə bölüşüb.

Uşaq vaxtı Gülnaz çox yıxılar və hər dəfə yaralarını uzun-uzadı araşdırar, öyrənərmiş. Buna görə də bir çox obrazını öz yaddaşından hazırlayır. Maraqlısı odur ki, bütün günü əli yalançı qana bulaşmış Gülnaz əsl qandan çox qorxur.

“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır  - Sputnik Azərbaycan
VİDEO
“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır

İlk öncə bütün işləri təcrübə toplamaq üçün olsa da, daha sonralar gənc qrim ustası Hollivud qrim ustalarından dərs almağa başlayıb. Bundan sonra iş təklifləri də özünü çox gözlətmədi. Hal-hazırda o, xaricdən, xüsusilə Türkiyədən təkliflər alır, amma Gülnazın arzusu sadəcə xaricə getmək deyil, həm Azərbaycanda qorxulu film janrının inkişafında iştirak etmək, həm də gələcəkdə təhsilini ABŞ-da davam etdirib “Netfliks” üçün çalışmaqdır.

Həmişə olduğu kimi, bu cür layihələrlə məşğul olan sənətkarların qarşılaşmalı olduğu rəylər heç də birmənalı olmur.

“Maraqlısı odur ki, daha çox yaşlı nəsildən mənfi şərhlər alıram. Gənc nəsil məni ruhlandırdığı halda, yaşlılar məni mazoxist və ya satanist adlandırırlar”, - Gülnaz danışıb.

Amma rəssam bu cür rəylərə fikir vermədən öz arzusuna doğru əzmlə çalışmağa davam edir. Çünki o öz gücünə inanır, ailəsi və yaxınları isə həmişə onu dəstəkləyir.

Xəbər lenti
0