Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Sambek Yüksəklikləri” muzeyində Azərbaycan diviziyasına həsr olunmuş zal açılacaq

Abunə olmaq
“Sambek yüksəklikləri” muzeyinin binası demək olar ki, artıq hazırdır və açılışını gözləyir. Muzeyin zallarından biri isə Azərbaycan atıcı diviziyasına həsr ediləcək. Daha ətraflı videomuzda izləyin.

Bu yaxınlarda Bakıda keçirilən “Azərbaycanda Rostov əyaləti günləri” biznes forumunda Sputnik Azərbaycan Cənubi Rusiya Universitetinin (idarəetmə, biznes və hüquq institutu) rektoru və banisi olan İmran Əkbərovla danışmaq imkanı əldə edib. O isə Sambek yüksəkliklərindəki Şöhrət memorialında muzeyin açılışından danışıb.

Mius-cəbhəsinin yarılması və BVM-də Don torpaqlarının azad edilməsində həm də 416-cı Azərbaycan atıcı diviziyası da iştirak edib. Azərbaycan hərbçilərinin qəhrəmanlığını əbədiləşdirmək üçün 40 il bundan öncə Sambek ətrafında memorial açılıb. Onun açılış mərasimində isə Ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib.

İmran Əkbərov bildirib ki, martın 30-nadək memorialda muzeyin açılması üzrə işlər sona çatdırılacaq. Bu muzeyin əsas zallarından biri isə Böyük Vətən Müharibəsi zamanı Azərbaycan hərbçilərinin qəhrəmanlıqlarına həsr edilib.

“Azərbaycan diasporu bunun üçün əlindən gələni edəcək, çünki Mius-cəbhəsinin yarılmasında Azərbaycanın müstəsna rolunu göstərmək lazımdır. Bu, bizi birləşdirən tarixi faktdır. Nə deyə bilərik, Rostov əyaləti Azərbaycan bayrağının daim qaldırıldığı yeganə regiondur”, deyə Əkbərov vurğulayıb.

“Sambek yüksəklikləri” muzey kompleksində yalnız muzeydaxili ekspozisiyalarının formalaşdırması işləri qalıb.

416-cı milli diviziyanın döyüş yolu 1942-ci ildə Moskva altında döyüşlərdən başlayıb. 1943-cü ilin avqustunda diviziya Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərib və bu qələbəyə görə ona “Taqanroq diviziyası” fəxri adı verilib.

Xəbər lenti
0