Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gənclər “Su çərşənbəsi”ni necə qeyd edir - VİDEO

Abunə olmaq
Artıq havadan doğrudan da bahar qoxusu gəlməyə başlayıb və bu da Novruz bayramına çox az qaldığından xəbər verir. Gənclərin pandemiyadan öncə bayramqabağı ilk çərşənbəni necə qarşıladığını videomuzda izləyin.
Bu gün Azərbaycan baharın ilk müjdəçisi olan “Su çərşənbəsi”ni qeyd edir. İnanclara görə baharın ilk çərşənbəsində su mənbələri təzələnir və dağ başındakı qarlar əriməyə başlayır.
Çox vaxt rayon sakinləri bu gündə hələ gün doğmamış su üstünə gedir, axar su üstündən atlayır və hətta yaralıların yarasına su çiləyir. Bəzi inanclara görə isə, su çərşənbəsi axar sudan keçənlər ilboyu xəstələnməz.
Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0