Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əsası odur ki, azərbaycanlılar dəyişiklik istəyirlər – Rusiyalı senator Bakıda

Abunə olmaq
Rusiyalı senator Azərbaycan xalqının parlament seçkiləri ilə bağlı gözləntilərini Sputnik Azərbaycan-la bölüşüb. Senatorun təfsilatlı şərhini videomuzda izləyin.

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Səsvermənin nəticələrinə 883 beynəlxalq müşahidəçi nəzarət edir. Onların sırasında bu il rusiyalı senator Aleksandr Başkin də var.

“Yeni ideyalar, yeni nəfəs gözləyirik” – Azərbaycanda növbədənkənar parlament seçkiləri  - Sputnik Azərbaycan
VİDEO
"Yeni ideyalar, yeni nəfəs gözləyirik" – Azərbaycanda növbədənkənar parlament seçkiləri
“Mən seçki məntəqələrinin açılışında iştirak etdim, məntəqələrin səsvermənin başlamasına hazırlığını müşahidə etdim. Buna görə tam dəqiqliklə deyə bilərəm ki, Azərbaycan növbədənkənar parlament seçkilərinə tam məsuliyyətlə yanaşıb. Səhər saatlarında vətəndaş fəallığı daha aşağı idi. Bu da Bakı üçün xarakterik olmayan hava şəraiti ilə bağlı olub. Amma hava yaxşılaşdıqca fəallıq da getdikcə artmağa başlayıb”, - deyə Başkın danışıb.

Rusiyalı senatorun sözlərinə görə, ən əsası odur ki, azərbaycanlılar dəyişikliklər istəyir, gözləyirlər və onlar bunları mütləq görəcəklər.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 35152-si siyasi partiyaların müşahidəçiləridir. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, bunlar 58 ölkənin vətəndaşlarıdır.

Seçkiləri 132 beynəlxalq KİV təmsilçisi yayımlayacaq. Buraya ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri daxildir.

Xəbər lenti
0