01:05 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Böyük şəhərlərin ruhuna xas olan özəlliklərdən biridir küçə musiqiçiləri. Bakı da bu qaydada istisna deyil. Amma şəhərimizdə onlar tamamilə fərqli yanaşma ilə qarşılaşırlar. Sputnik Azərbaycan bir axşamını onların musiqisinə qulaq asmaqla keçirmək qərarına gəlib.

Mərkəzin bir çox küçə və keçidində onları görməyə o qədər adət etmişik ki, yanlarından keçəndə ifa etdikləri musiqini dinləmək üçün çox vaxt ayaq saxlamırıq. Qabaqlarında musiqi alətlərinin futlyarı, içində bir iki əskinas, daha çox qəpik...

Küçə musiqiçilərinin bir çoxunun musiqi təhsili olsa belə, bəziləri öz alətlərində ifa etməyi heç bir məktəb və konservatoriya olmadan öyrənirlər. Və məşğul olduqları işi o qədər sevirlər ki, havadan asılı olmayaraq bizi feyziyab edirlər. Çox vaxt qarşılığında pul gözləmirlər belə.

Onların musiqiyə olan sevgisindən başqa, küçə musiqiçilərini daha bir keyfiyyət birləşdirir. Onların bir çoxu kameralardan qaçır, telefon və ya kamera görən kimi “məni çəkmə, lazım deyil” deyərək ifalarını dayandırır. Bu “olmaz” və qadağaları kimin təyin etdiyi bəlli deyil. Amma onları qanunsuz alqı-satqı fəaliyyəti və ictimai asayişin pozulmasında günahlandırır və cərimələyirlər.

Halbuki, bir müddət öncə Bakı Turizm İnformasiya Mərkəzi küçə sənətçiləri arasında kastinq elan etmişdi. Müəyyən seçimdən sonra onlarla müqavilə bağlanıb və mərkəzin müxtəlif yerlərində ifa etmələrinə imkan yaradılmışdı.

Digər videolar

Əsas mövzular