13:09 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
© Sputnik /

Azərbaycanın dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Prezidentlərin söhbətini videomuzda izləyin.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü Rusiyanın Soçi şəhərində keçirilən “Valday” beynəlxalq diskussiya klubunun 16-cı toplantısı çərçivəsində baş tutub. Dövlət başçıları iki ölkə arasında münasibətləri və perspektivləri müzakirə ediblər.

“Şəxsi görüşlərimizdə fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir və bu istiqamətdə perspektivlərimiz yaxşıdır”, - deyə Vladimir Putin vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə əmtəə mübadiləsinin get-gedə artdığını qeyd edib.

“Yalnız bu ilin avqust ayına qədər 20% artım müşahidə olub. Və təsdiqlədiyimiz yol xəritələri əlaqələrimizin və əməkdaşlığımızın daha da sıxlaşmasına gətirib çıxaracaq”, - deyə İlham Əliyev bildirib.

Əlaqədar

İlham Əliyev Rusiyada səfərdədir
Putin: "İlham Əliyevin böyük layihələrinin reallaşması üçün hər şeyi edirik"
İlham Əliyevdən Putinə: "Dörd aydır ki, görüşmürdük, bu, kifayət qədər böyük müddətdir"
Teqlər:
Soçi, görüş, İlham Əliyev, Vladimir Putin

Digər videolar

Əsas mövzular