Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Mədə dərmanı, üz üçün maska və daha nələr... Bakıda “ən şirin yarmarka” keçirilir

Abunə olmaq
Tofiq Bəhramov adına stadionun ərazisində 20-ci Respublika bal sərgi-satış yarmarkası keçirilir. Təqdim edilən müxtəlif məhsullar və qiymətlər haqqında videomuzda öyrənin.

Respublika sərgi-satış yarmarkası artıq 20-ci dəfədir keçirilir. Bu il sərgidə 350-yə yaxın arıçı 123 ton məhsul təqdim edir. Hər il olduğu kimi, bütün arıçılıq məhsulları yarmarkaya buraxılmazdan öncə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyada yoxlanılır.

Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyası tərəfindən təşkil olunub.

Bu ilki balın bir kiloqramı növündən asılı olaraq 20-35 manat arası təklif edilir. Məsələn, dağ balı may balına nisbətən daha bahalı hesab edilir. Baldan başqa, sərgidə arı mumu, mum qarışımları, arı çörəyi kimi müxtəlif arıçılıq məhsulları da əldə etmək mümkündür.

Bu il yarmarka həm də müxtəlif yeniliklərlə qarşımıza çıxıb. Hər bir məhsulun qablaşdırmasının üzərində ştrix-kod mövcuddur və müştərilər bu kod vasitəsilə məhsulun hansı rayondan gətirildiyi və kim tərəfindən satışı çıxarıldığı haqda məlumat əldə edirlər. Daha bir yenilik isə məhsulu onlayn sifariş etmək imkanıdır. Daha ətraflı məlumatı www.bal.kendden.az saytında əldə etmək mümkündür.

Qeyd edək ki, satış yarmarkası oktyabrın 18-dək davam edəcək. Yarmarka hər gün saat 8:00-dan 20:00-dək açıqdır.

Xəbər lenti
0