21:59 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Britaniyalı jurnalist İan Piert ilk dəfə Azərbaycana bir illik müqavilə ilə 2000-ci ildə gəlib. Bir illik müqavilə çoxdan bitib, İanın Bakıya olan sevgisi isə yox. Çünki burada o, sevgidən daha çoxunu tapıb. Daha ətraflı videomuzda.

İan Piertin Azərbaycana ilk gəlişinin çox maraqlı tarixçəsi olub. Təsadüfən gördüyü qəzetdə Bakıda ingilis dili müəllimləri üçün elana rast gəlib. O vaxta qədər Bakı haqqında eşitməyən İan bununla maraqlanıb və özünü sınamaq qərarına gəlib. O, burada maraqlı işdən daha artığını tapacağını bilə bilməzdi.

Bakıda yaşamağa başlayandan az sonra o, Səadət İbrahimova ilə tanış olub. Özünün dediyi kimi, Bakıda öz Səadətini tapıb.

“Amma iş ondadır ki, mən yalnız həyat yoldaşı deyil, həm də qaynana əldə etdim. Mən onlarla tanış olanda başa düşürdüm ki, bəzi insanlar öz qızlarının ingilisə ərə getməsini istəməzlər”, - deyə İan bizimlə bölüşüb.

İanın qaynanası ilə necə dil tapdığını isə videomuzda izləyin.

Digər videolar

Əsas mövzular