22:02 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Sentyabrın 22-də Bakıda üçüncü “BMW” festivalı keçirilib. Günün ən maraqlı məqamlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Mühərriklərin səsi, par-par parlayan maşınlar, onlarla “selfi” çəkdirmək istəyənlərin sırası... Bu ab-havanı heç nə ilə müqayisə etmək mümkün deyil.

Artıq üçüncü dəfədir keçirilən festivala 500-dən artıq “BMW” sürücüsü qatılıb. Bəziləri isə iştirak etmək üçün minlərlə kilometr yol qət ediblər.

Festivalın ən maraqlı məqamı drift yarışı olub. Pilotların bir çoxu yarışda iştirak etmək üçün aylarla hazırlaşıb, maşınlarını lazımi hala gətirib. Ən yaxşı drifter adını isə “BMW Club Azerbaijan”ın üzvü Elvin Xudaverdiyev qazanıb.

Qeyd edək ki, festival “BMW Club Azerbaijan” tərəfindən Avtomobil Federasiyası, Bulvar İdarəsi və “Red Bull” şirkətinin dəstəyi ilə keçirilib.

Digər videolar

Əsas mövzular