19:40 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
© Sputnik / Rahim Zakiroğlu / Leyla Orucova

Ötən axşam Lənkəranda sərnişin avtobusunun aşması nəticəsində yaralanan 22 nəfərdən 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Qəza nəticəsində 1 nəfər həlak olub. Yaralıların xəstəxanaya çatdırılması anını Sputnik Azərbaycanın videosunda izləyin.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi  məlumata əsasən, 28 avqust saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan “PAZ” markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Şöbənin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidmətinin və digər polis əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ələmdar Şavəli oğlu Ağayevə məxsus “PAZ” markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət  edərək həyətə aşıb.

Digər videolar

Əsas mövzular