00:56 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
© Sputnik / Kamilla Əliyeva / Leyla Orucova

Azərbaycan musiqisini nay adlanan milli musiqi alətində ifa edən Moldovanın xalq artisti Konstantin Moskoviç növbəti dəfə Bakıya səhayət edib. Sputnik Azərbaycan-ın çəkiliş qrupu onunla görüşmək imkanını əldən verməyib, onunla görüşüb.

Moldovanın xalq artisti olan Konstantin Moskoviç “Moldova nayında Azərbaycan musiqisinin antologiyası” adlanan albomun müəllifidir. Bu antologiyaya on dörd kompozisiya daxildir.

“Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov mənə Azərbaycan musiqisinin antologiyasını nayda lentə almağı təklif etdi. Biz onunla 35 ilin dostuyuq. Müəllif qələmini sınaqdan keçirən kimi, mən də ilk dəfə “Sən gəlməz oldun” kompozisiyasını lentə aldım. Daha sonra məhz bu mahnı antologiyanın yaranması üçün təkan oldu. Bu günə qədər o, mənim ən sevdiyim kompozisiyadır”, - deyə Moskoviç bildirib.

Xalq artisti Azərbaycan musiqisini və bu mahnıların yaradıldığı zamanı hiss etmək üçün “Sarı Gəlin” və “Ayrılıq” kimi əsərlərin tərcümə edilməsini xahiş edib. Bundan başqa, onun məqsədi bu kompozisiyaları ifa edərkən azərbaycanlı musiqiçiləri təqlid etmək olmayıb. Onun fikrincə, bu qeyri-mümkündür.

“Bu ifanın ən gözəl tərəfi də ondan ibarətdir ki, musiqiçinin bəzən ötürə bilmədiyi melizmləri özüm hiss edib ötürməyə çalışmışam. Nəticədə, sərhəd, din və milliyyət tanımayan musiqi vasitəsilə iki xalqın, iki mədəniyyətin qovuşduğu bir albom ərsəyə gəlib”, - deyə xalq artisti etiraf edib.

Qeyd edək ki, Moldovanın milli musiqi aləti olan nay Azərbaycanın ney və tulum kimi nəfəsli musiqi alətlərinə oxşardır.

Digər videolar

Əsas mövzular