10:43 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / L.Orucova

Düz 29 ildən sonra “köhnə” bakılı, yazıçı və İsraildə ivrit dili müəllimi işləyən Keren Pevzner yenidən Bakıya gəlib. Onun Bakının yeni görkəmi, taksi sürücüləri ilə söhbətləri və Azərbaycan dilinin xüsusiyyətləri haqqında təəssüratlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bakıda doğulmuş Keren Pevzner 1990-cı ildə, 29 yaşında, İsrailə köçüb. Və bir o qədər il sonra ona bir daha vətənə qayıtmaq nəsib olub. Bakıda keçirdiyi bir-iki gün ərzində yazıçı uşaqlıq məkanlarına baş çəkib. Bir vaxtlar şagirdi olduğu 20 nömrəli məktəbi isə xüsusilə yada salıb.

Həmsöhbətimizi təəccübləndirən məqamlardan biri də azərbaycanlıların hələ də rus dilinin incəliklərinə bələd olması olub. Taksi sürücülərindən biri ilə söhbəti əsnasında bunun bir daha şahidi olub.

Pevzner həm də Bakının müxtəlif muzeylərində olub. Bu institutlar onu, sözün əsl mənasında, mat-məəttəl qoyub.

Əlaqədar

“Azərbaycan dünyaya yeni seçim təklif edir” - Yunan qonağın təəssüratları

Digər videolar

Əsas mövzular