CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərbaycan dünyaya yeni seçim təklif edir” - Yunan qonağın təəssüratları

Abunə olmaq
Azərbaycana ilk dəfə 2018-ci ildə səyahət edən yunan Lambros Zaharis Bakıda gözünə ilk dəfə çarpan şeyin multukultarilizm olduğunu deyir. Həmsöhbətimizin digər təəssüratları ilə Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Azərbaycanda keçirdiyim ilk axşama hələ də xatırlayıram” – deyə qonağımız söhbətə başlayır. Bir il qabaq ilk dəfə ölkəmizə təşrif buyuran Lambros ilk dəfədən nəzərinin Alov Qüllələrinə sataşdığını və orada qalmaq arzusunda olduğunu deyib. Keçən dəfə nəsib olmasa da, bu il qonağımızın arzusu çin olub.

Bakının avropalıları olduqca təəccübləndirən keyfiyyətlərindən birinin multukulturalizm olduğunu deyən Lambros, müxtəlif dinlərdən olan insanların bir-birləri ilə dost olmalarını da yunanlar üçün maraqlı olduğunu qeyd edib.

Bakının göz bəbəyi olan İçərişəhəri isə təkcə Afinaya deyil, həm də İstanbula, İzmirə və Nikosiyaya oxşadıb. Bizim hətta kabab çəkmək üsulumuz da eyniymiş. Müxtəlif post-sovet ölkələrində kababın dadına baxan Lambros, əminliklə deyir ki, ən dadlı kababı məhz Bakıda yeyib.

Xəbər lenti
0