22:17 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
YouTube / RT на русском

Bu gün Rusiyanın Stavropol vilayətində səhər saat 5:30-da 6 azərbaycanlının ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Qəza yerindən videonu sizə təqdim edirik.

Hadisə “ZİL” markalı yük avtomobilinin qarşı yola çıxaraq Azərbaycandan Moskvaya sərnişin daşıyan “Mercedes” markalı mikroavtobusla toqquşması nəticəsində baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin verdiyi ilkin məlumata görə, qəza nəticəsində altı nəfər azərbaycanlı ölüb, üç nəfər isə ağır zədələrlə xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbi kimi "ZİL"in sürücüsünün yuxulu olması və qarşı hərəkət üçün nəzərdə tutulmuş yol zolaqları arasında maneənin qoyulmaması göstərilir.

Əlaqədar

Soydaşlarımızın başına gələn faciənin təfərrüatı məlum olub

Digər videolar

Əsas mövzular