12:14 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bütün dünyada olduğu kimi, biz də artıq illərdir 14 fevralı “Sevgililər Günü” kimi qeyd edirik. Amma nəyə görə məhz bu günün sevənlərə həsr edildiyini bilirikmi? Sputnik Azərbaycan-nın çəkiliş qrupu da sorğusunda bu suala aydınlıq gətirməyə çalışdı.

Bu gün şəhərə gəzintiyə çıxmaq, xüsusilə ayrı bir ləzzətdir. Belə ki, hər tərəfdə əl-ələ tutuşanlar, əlində gül dəstəsi görüşə tələsənlər, gülləri qoxlayaraq gülümsəyənləri görmək göz oxşayır. Bir əmması var ki, bu gənclər müsahibə verməkdən çəkinirlər. Belə ki, adətlərimizə uyğun olaraq çox vaxt “həri” və nişana qədər qız evi “sevgi macərasından” agah olmur. Və təbii ki, bu xanımların kamera önünə keçmək istəməməlirini anlamaq olar.

Sorğudan da aydın olduğu kimi, bir çoxlarımız bu bayramın haradan qaynaqlandığını bilmirik. Amma biz düşünürük ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki dünyada sevgi nə qədər çox qeyd və təbliğ edilsə, bir o qədər xoşbəxt olarıq.

Qeyd edək ki, əfsanəyə görə, Roma İmperatoru II Klavdiy ordusuna döyüşçü tapa bilmirmiş. Bunun səbəbi isə xanımların həyat yoldaşlarını müharibəyə buraxmaq istəməmələri imiş. Bunu anlayan imperator cavan kişilərə evlənməyi qadağan edir. Müqəddəs Valentin isə Klavdiyin qadağasına baxmayaraq sevgililəri gizli-gizli evləndirirmiş. Gizli evliliklərdən xəbər tutan imperatorun qulağına çatandan sonra Valentini həbsə atmaq qərarını verir. Onun edam edildiyi günü isə sonradan Müqəddəs Valentinin şərəfinə “Sevgililər günü” kimi qeyd edilməyə başlayırlar.

Digər videolar

Əsas mövzular