22:36 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Dünyanın ən yaxşı stilistləri toy saç düzümü və makiyajı üzrə dünya çempionatında hünərlərini göstəriblər. Müsabiqənin hansı ab-havada keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Dünya gözəllik konqresinin prezidenti Zamir Hüseynovun sözlərinə görə, bu çempionat saç ustaları arasında ən vacib müsabiqələrdən biridir. Ev sahibi olmağımızın əsas səbəblərindən biri isə Azərbaycanın ikiqat dünya çempionu olmasıdır. Ötən il Dubayda keçirilən çempionatda komandamız qalib gəlib. MDB məkanında bu yarış ilk dəfə Azərbaycanda keçirilib.

Rusiyalı stilist Ancela Kokanoviç isə çempionat haqqında onun başlamasına beş gün qalmış öyrənib. Çox həyəcanlı beş gün keçirib, amma hazır gəlmək üçün əlindən gələni edib. O, müsabiqədə yüksək-dəbli gəlin obrazını yaratmağa çalışıb.

Qeyd edək ki, çempionatda 15 ölkənin iştirakçıları qatılıblar. Toy makiyajı üzrə birinci yerin sahibi Moldovalı iştirakçı Yana Svarisçuk olub. İkinci və üçüncü yerləri azərbaycanlı stilistlər qazanıb. Toy saç düzümü kateqoriyasında isə birinci yeri Azərbaycanlı stilist Əminə Əsgərova qazanıb.

Çempionatın təşkilatçısı Dünya Gözəllik Konqresidir (World Beauty Congress) olub.

Digər videolar

Əsas mövzular