CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

#KVANOxu: Coşqun Kərimovun imza günü keçirildi

Abunə olmaq
Azərbaycanın gənc müəllifləri arasında özünəməxsus yer qazanmış, müəyyən mənada, öz sözünü deməyi bacarmış Coşqun Kərimov oxucuları üçün yeni kitabının imza gününü keçirib.

Coşqun 4 kitab müəllifidir, amma “KVAN” onun kitabları arasında ən məşhurudur desək, yanılmarıq. Kitabın artıq 3-cü tirajı çap edilib. Kitab artıq 3000 oxucusu ilə qovuşma ərəfəsindədir. Müəllifin arzusu bu kitabı hər il 15000 gəncin oxumasıdır. O istəyir ki, “KVAN” öz qorxu və şübhələri ilə mübarizə aparan gənclər üçün bələdçi rolunu oynasın.

Məhz buna görə də o, imza gününə gələn bütün gəncləri bir-bir salamladı və hər sualı cavablandırdı. Bu da Coşqun üçün bir ilk deyil, belə ki, o, oxucuları ilə şəxsən görüşməyi tərcih edir.

Qeyd edək ki, imza günü “Libraff” kitab mağazasında baş tutub.

Xəbər lenti
0