12:24 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Çox uzun müddət ərzində Azərbaycanda futbol deyəndə hər kəs “Neftçi”ni başa düşürdü. Bu da təəccüblü deyil, belə ki, “Neftçi” ölkənin ən qocaman və uzun zaman yeganə klubu idi. Sputnik Azərbaycan-ın çəkiliş qrupu klubun tarixi ilə daha yaxından tanışmaq olmaq üçün “Neftçi” muzeyinə baş çəkdi.

Ötən il “Neftçi”nin 80 illiyini qeyd etmək üçün “Bakcell Arena”da futbol klubunun tarixinə və uğurlarına həsr edilmiş muzey açılıb. Stendlər müxtəlif zaman kəsiklərini əks etdirir və “Neftçi” tarixinin ən önəmli hadisələrini nümayiş etdirir. SSRİ vaxtında klubun ən böyük uğuru 1966-ci ildə ittifaq çempionatında üçüncü yerə çıxmasıdır və buna muzeydə xüsusi guşə həsr edilib. Muzeydə “Neftçi”nin fərqli zamanlardakı loqoları ilə, klubun müxtəlif vaxtlarda geydiyi formalar və əldə etdiyi mükafatlarla tanış olmaq olar. 

Qeyd edək ki, muzey həftə içi saat 10-dan 18-dək, şənbə günləri isə 15-dək fəaliyyət göstərir. Biletin qiyməti 2 AZN-dir. 

Digər videolar

Əsas mövzular