CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəfis qoxulu incəsənət: Sputnikin loqosu qəhvədən çəkildi

Abunə olmaq
22 yaşlı Elvina Kərim incəsənətin qeyri-adi bir qolu ilə məşğuldur. O, öz əsərlərini adi boya ilə deyil, qəhvə ilə ərsəyə gətirir. Qəhvə ilə incəsənət üzrə master-klassı Sputnik Azərbaycan-ın videosunda izləyin.

Memarlıq Universitetini bitirən Elvina bu üsulu təsadüfən kəşf edib və artıq beş ildir ki, “coffee-art”la məşğuldur. Bu üsulun banisi olmasa da, Azərbaycanda incəsənətin bu növü ilə işləyən digər tanınmış rəssam hələ ki, yoxdur.

Çox gənc olmasına rəğmən, Elvina bu yaxınlarda artıq ilk solo sərgisini keçirib. Hədəfi isə çox sadə və aydındır: Azərbaycanda kofe-art dedikdə, ilk olaraq onun adının ağla gəlməsini istəyir. Rəqabətdən qorxmayan rəssam ilhamını xarici ustadlardan alır və bu sahənin Azərbaycanda daha çox yayılması üzərində çalışır.

Maraqlısı odur ki, Elvina qəhvə içməyi isə heç sevmir.

Xəbər lenti
0