04:46 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
© Sputnik / Leyla Abdullayeva / Kamilla Əliyeva

"Maarifdən, elmdən uzaq olan şəxs işıqdan da məhrumdur"

"Maarifdən, elmdən uzaq olan şəxs işıqdan da məhrumdur". Bu sözlərin müəllifi Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzetin — "Əkinçi"nin naşiri, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri Həsən bəy Zərdabidir.

Maraqlıdır, H.B. Zərdabini doğulub boya-başa çatdığı Zərdab rayonunda nə qədər tanıyırlar? Sputnik Azərbaycan-ın bölgə müxbiri bu suala cavab tapmaq məqsədilə rayon sakinləri arasında video-sorğu keçirib.

Rayon sakinlərinin fikirləri müxtəlif olub. Əhali arasında dahi publisisti tanıyanlar çox olsa da, təəssüf ki, tanımayanlar da tapılıb.

Digər videolar

Əsas mövzular