16:27 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Rejissor Anar Babalının quruluş verdiyi tamaşada bütün rolları ASAN Könüllüləri Gənclər Təşkilatının üzvləri oynayıblar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində ASAN Xidmət könüllülərinin iştirakı ilə yazıçı Natiq Məmmədlinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Əmanət" pyesinin premyerası olub.

Əsərdə bədii ümumiləşdirmə və simvolizmdən istifadə edilməklə Cümhuriyyətə gedən yol, Azərbaycanın müstəqilliyi ideyasının meydana gəlməsi, Cümhuriyyətin dövlət quruculuğu prosesi və onun süqutunu şərtləndirən amillər bədii təhlil obyektinə çevrilərək, kəskin dramatik konflikt fonunda təqdim olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 16 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanıb. Dövlət başçısı 2018-ci ili "Cümhuriyyət İli" elan edib.

Əlaqədar

Cümhuriyyətimizin "Əmanət"i təqdim olundu

Digər videolar

Əsas mövzular