Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bu gözəlliyə valeh olmamaq mümkün deyil

Abunə olmaq
Hər kəs bir anlıq bütün problemlərini unudub uşaqlaşır sanki...

İnsanlar təmizliyi, paklığı qarla müqayisə edərlər. Bu rəmzi olaraq səslənsə də, həqiqətdə də belədir ki, qar yağanda yaşından aslı olmayaraq hər kəs saflaşır, məsumlaşır… 

Hər kəs bir anlıq bütün problemlərini unudub uşaqlaşır sanki… Yaratdığı problemlərlə yanaşı, qar həm də bolluq, bərəkət rəmzidir.

İlin bütün fəsillərində füsunkar görünən Böyük Qafqaz dağlarının möhtəşəmliyi qar yağanda daha da artır. Narın-narın yağan qar, sanki dağlarda rəsm əsərləri yaradır. İnsanın üzünü güldürür…

Gündəlik iş, sosial problemlər, virtual aləm bizi təbiətdən uzaqlaşdırıb. Amma hər kəsin Tanrının bu gözəlliklərini görməyə ehtiyacı var.

Xəbər lenti
0