Minilliklər bundan öncə Kür-Araz çayları vadisinin cənub hissəsində — Muğanda yaşayan əkinçi-maldar tayfalar öz mədəniyyətlərini yaradıblar və onlara məxsus kurqanlar, qəbir abidələri, müxtəlif məişət əşyaları dövrümüzə qədər gəlib çatıb. Belə arxeoloji tapıntılar Cəlilabad rayonu ərazisindəki kurqan qəbirlərdə aşkar edilib.
Onu da qeyd edək ki, Cəlilabad rayonunun ərazisində olan əksər kurqan qəbirlər hələ də tədqiq edilməyib. Bu kurqanlardan bəziləri Cəlilabadın şərq hissəsində yerləşən rayon mərkəzinə bitişik qəsəbə tipli Uzuntəpə kəndi ərazisində yerləşir.