Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Abbasqulunun ulduzu Moskvada parlayacaq

Abunə olmaq
11 saylı internat məktəbinin yetirməsi on altı yaşlı Abbasqulu Səfərov Rusiyanın NTV telekanalının keçirdiyi beynəlxalq "Tı super! Tansı" layihəsində iştirak edəcək. Sputnik layihənin iştirakçısını təqdim edir.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

"Tı super! Tansı" ("Sən supersən! Rəqslər") öz həyatını dəyişmək, özünü böyük auditoriyaya təqdim etmək şansı, dünya şöhrətli rəqqaslar və xoreoqraflarla işləmək, unudulmaz təəssüratlar almaq, yeni dostlar tapmaq və öz kumirlərinlə tanış olmaq imkanıdır. Beynəlxalq müsabiqə Rusiya, MDB və Baltik ölkələrinin müxtəlif guşələrindən olan istedadları birləşdirir, uşaqlara ən çox arzuladıqları şeyi həyata keçirmək şansını hədiyyə edir.

Abbasqulu Səfərova və uğur və yüksəliş arzulayırıq!

 

Xəbər lenti
0