Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanlı rəqqaslar Moskva səhnəsini fəth etməyə hazırdırlar

Abunə olmaq
Bu ilin payızında NTV və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin yeni irimiqyaslı "Tı super! Tansı" layihəsi start götürdü.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu müsabiqənin iştirakçıları — Abbasqulu Səfərov və İlkin Hüseynovun mətbuat konfransı keçirilib.

"Tı super! Tansı" ("Sən supersən! Rəqslər") öz həyatını dəyişmək, özünü böyük auditoriyaya təqdim etmək şansı, dünya şöhrətli rəqqaslar və xoreoqraflarla işləmək, unudulmaz təəssüratlar almaq, yeni dostlar tapmaq və öz kumirlərinlə tanış olmaq imkanıdır. Beynəlxalq müsabiqə Rusiya, MDB və Baltik ölkələrinin müxtəlif guşələrindən olan istedadları birləşdirir, uşaqlara ən çox arzuladıqları şeyi həyata keçirmək şansını hədiyyə edir.

Xəbər lenti
0