22:33 25 Aprel 2017
Canlı yayım
VİDEO

Pərvanə: "Sən supersən!" layihəsini tərk etdiyimə təəssüflənirəm, uşaqlara öyrəşmişdim"

Qısa URL
9720
(1:16 / 9.16Mb / просмотров видео: 783)
© Sputnik / Anton Devyatkin

NTV-dəki "Sən supersən!"in iştirakçısı Pərvanə Alcanova vokal layihənin üçüncü turuna keçə bilməyərək müsabiqəni tərk edib. Sputnik-in videosunda Pərvanənin çıxışdan sonrakı təəssüratları ilə tanış ola bilərsiniz.

NTV və Sputnik-in birgə layihəsi olan "Sən supersən!"də iştirak edən uşaq evinin yetirməsi Pərvanə Alcanova ikinci turdakı çıxışından sonra öz təəssüratlarını bölüşüb.

"Səhnəyə çıxanda növbəti tura çıxacağımı və yaxud evə qayıdacağımı bilmirdim. Mənim üçün əsas iştirak idi. Əlbəttə, layihəni tərk etdiyimə təəssüflənirəm, uşaqlara öyrəşmişdim" — deyə Pərvanə bildirib.

O qeyd edib ki, nəticəyə görə qüssələnmir, çünki həyat indi başlayır. "Musiqi karyeramı davam etdirəcəyəm" — Alcanova vurğulayıb.

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.

Əlaqədar

Sputnik-dən "Sən Supersən!"in iştirakçılarına xüsusi hədiyyə
"Sən supersən!"in iştirakçısı Xoşqədəm Mehdiyevanın çıxışdan sonrakı ilk emosiyaları
"Sən supersən!"in azərbaycanlı iştirakçıları Sputnik-in oxucularına müraciət etdilər

Digər videolar

Əsas mövzular