00:44 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Shahperi Abbasova

Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. Zəngin floraya malik olan Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır.

Qax Arıçılar Birliyinin sədri Bədrəddin Həsrətov 20 ildən çoxdur ki, arıçılıqla məşğul olur.

"Özümü peşəkar hesab etmirəm. Baxmayaraq ki, Dünya Arıçılıq Assosiasiyası məni peşəkar arıçı kimi öz ailələrinə qəbul edib", — deyə B. Həsrətov Sputnik-ə açıqlamasında bildirib.

Həsrətov təsərrüfatını tədricən inkişaf etdirə bilib və artıq bir neçə gənci işə götürüb: "Gənclərə həm kurs keçir, arıçılığın nəzəriyyəsini öyrədirik, həm də onlara təcrübi cəhətdən arıçılıq sənətini aşılayırıq".

Dediyinə görə, Azərbaycanda ilk dəfə onlar laboratoriya şəraitində arı südünü yığmağa başlayıblar. B. Həsrətov arıçılıq üzrə bir turizm mərkəzi yaratmaq istədiklərini də diqqətə çatdırıb.

Əlaqədar

Onlar olmasa, insan ömrü 10 ilin altına düşər

Digər videolar

Əsas mövzular