05:01 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Sputnik

Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında maraqlı musiqili fləşmob keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, şəhərin qonaqlarını I terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri qarşılayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fləşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlayıb. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr II mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa edib və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.

Əlaqədar

Avropa Oyunları ilə bağlı Gəncədə möhtəşəm fləşmob
Teqlər:
Üzeyir Hacıbəyov, Teymur Göyçayev, "Arşın Mal alan" operettası, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), AZAL, Azərbaycan

Digər videolar

Əsas mövzular