22:46 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
Hi-Tech
Qısa URL
34 0 0

Yenilənmiş sistemə keçidin mümkün olduğu bütün cihazların istifadəçilərinin bunu 2022-ci ilin ortalarına qədər edə biləcəkləri gözlənilir. "Microsoft" 14 oktyabr 2025-ci il tarixinə qədər "Windows 10"a dəstək verəcək.

BAKI, 31 avqust — Sputnik. "Windows 11" əməliyyat sistemi oktyabrın 5-də istifadəçilər üçün əlçatan olacaq.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Microsoft Corporation" məlumat yayıb.

Məlumatda deyilir ki, artıq göstərilən tarixdən etibarən "Windows 11" quraşdırılmış kompüterlər satışa çıxarılacaq.

Yenilənmiş sistemə keçidin mümkün olduğu bütün cihazların istifadəçilərinin bunu 2022-ci ilin ortalarına qədər edə biləcəkləri gözlənilir. "Microsoft" 14 oktyabr 2025-ci il tarixinə qədər "Windows 10"a dəstək verəcək.

“Windows 11”də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. “Start” menyusu yenilənmiş sistemdə ekranın mərkəzində olacaq.

Bundan başqa, əməliyyat sistemi iki monitorun iş rejimini dəstəkləyən təkmilləşdirilmiş bir sistem, müxtəlif xidmətlərə çıxış üçün vidcetlər əldə edib. Yeni versiya özündən əvvəlki versiyalarla müqayisədə daha sürətli və daha etibarlı olacaq.

Teqlər:
Windows 10, Windows

Əsas mövzular