12:01 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
Hi-Tech
Qısa URL
8310

WhatsApp tezliklə köhnə problemdən qurtulacaq: bu tətbiqi bir neçə qurğuda eyni zamanda işlətmək mümkün olacaq.

BAKI, 10 fevral - Sputnik. Populyar mesencerlərdən olan WhatsApp tezliklə köhnəlmiş problemlərdən birini həll edəcək. Bəllidir ki, bu tətbiqi bir neçə qurğuda eyni zamanda işlətmək mümkün deyil. Sputnik Azərbaycan bildirir ki, WABetaInfo portalı şirkətin bu problem üzərində işlədiyini yazıb. 

Telefonda WhatsApp loqosu, arxiv şəkli
© AFP 2020 / INDRANIL MUKHERJEE

Proqramın yeni, 2.21.30 beta-versiyasında bu imkanın əsas hissəsi -  WhatsApp hesabına qoşulmuş qurğuda akkauntdan çıxış funksiyası test olunur. Hazırda bir qurğuda WhatsApp hesabından çıxmaq üçün gərək qurğudan tətbiqi tamamilə siləsən, sonra isə başqa qurğuda yenilənmiş məlumatlarla birgə yükləyəsən. 

WhatsApp tətbiqin bir neçə qurğuda eyni zamanda istifadəsi ilə yanaşı, tamhüquqlu veb-müştərini də test edir. Yəni sonuncu üçün smartfonun qoşulması şərt deyil. Hazırda mesencer konkret qurğuya və telefon nömrəsinə bağlıdır.

Hələlik funksiya beta-testdən keçirilir. WhatsApp-ın sabit versiyası bir müddət sonra bir neçə qurğuda işləyə biləcək, ancaq konkret vaxt hələ açıqlanmayıb.

 

Teqlər:
funksiya, test, yenilik, WhatsApp

Əsas mövzular