22:51 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
Hi-Tech
Qısa URL
94020

Ağıllı kənd sakinləri şəhər sakinlərinin əldə edə bildiyi infrastrukturlara da sahib ola bilirlər. Bu sistemlərin qurulduğu şəhərlər özü-özünü təmin edir və onların ətraf mənbələrdən asılılığı azalır

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışıb. Dövlət başçısı həmin ərazilərin “smart city” və “smart village” konsepsiyası əsasında bərpa edilməli olduğunu deyib və bununla bağlı yeni nazir Rəşad Nəbiyevə xüsusi tapşırıqlar verib.

© Photo : Courtesy of Yasinova Nurlana
“Smart” yaşayış məntəqəsi

Bəs “smart city” və “smart village” nə deməkdir? Belə infrastrukturların qurulması nə vəd edir? Mövzu ilə bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

  • Ağıllı şəhər konsepsiyası
    © Photo : Courtesy of Yasinova Nurlana
  • Ağıllı şəhər konsepsiyası
    © Photo : Courtesy of Yasinova Nurlana
  • Ağıllı şəhər konsepsiyası
    © Photo : Courtesy of Yasinova Nurlana
  • Ağıllı şəhər konsepsiyası
    © Photo : Courtesy of Yasinova Nurlana
1 / 4
© Photo : Courtesy of Yasinova Nurlana
Ağıllı şəhər konsepsiyası

Əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev deyib ki, “smart city” və “smart village” anlayışları haqqında müxtəlif fikirlər səsləndirilməsi insanlarda çaşqınlıq yaradır: “Azad edilmiş ərazilərimizdə bütün infrastruktur məhv edilib, onların bərpa edilməsi çətin və uzunmüddətli prosesdir. Həmin ərazilərdə elə bir infrastruktur qurulmalıdır ki, nəinki yerli əhali, həm də turistləri cəlb edə bilsin. Uzun illər ərzində respublikanın digər şəhərlərində, xüsusən də Bakıda məskunlaşmış məcburi köçkünlərin həmin ərazilərə qayıdıb sıfırdan təsərrüfat fəaliyyəti ilə məşğul olması çətin olacaq. Bu baxımdan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması nəzərdə tutulur. Bu təcrübədən artıq bir çox ölkələrdə istifadə edilir. İnsanların kənd yerlərində yaşamağa marağının artırılması və təsərrüfat fəaliyyətinə başlayıb yaxşı nəticələr alması üçün bu əlverişli bir seçim kimi dəyərləndirilir. Dövlətimiz məcburi köçkünlərə azad edilmiş ərazilərdə elə bir şərait qurmaq istəyir ki, geri dönüş onlar üçün də maraqlı olsun”.

© Sputnik / Murad Orujov
Əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev

Gənc memar Nuran Yasinova “smart village” anlayışını izah edərək deyib ki, bu sistem ənənəvi təsərrüfat sahələrini qabaqcıl texnologiyalarla birləşdirir: “Bu sistem informasiya və kommunikasiya texnologiyaları vasitəsilə istehsalın səmərəliliyini artırmağı, istehsalçının həyat səviyyəsini yüksəltməyi vahid hədəf halına gətirən yeni nəsil kənd həyatı modelidir. “Ağıllı kənd“ sakinləri şəhər sakinlərinin əldə edə bildiyi infrastrukturlara da sahib ola bilirlər. “Ağıllı kənd“ modeli informasiya və kommunikasiya texnologiyalarının köməkliyi ilə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, işsizliyin qarşısını almaq, fermerlərə əldə etdiyi məhsulu dəyərləndirə bilmək kimi imkanlar təqdim edir. Bu modelin təqdim etdiyi bir sıra iqtisadi və sosial hədəflər var. “Ağıllı kənd“ modeli təsərrüfat göstəricilərinin artmasına şərait yaratmaqla yanaşı, bəzi proseslərdə qənaət etməyə imkan yaradır. Sistemin göstəriciləri təcrübə ilə sübuta yetirilib”.

© Sputnik / Murad Orujov
Gənc memar Nuran Yasinova

““Ağıllı şəhər” də “ağıllı kənd” kimi daha çox texnologiyalarla idarə olunan və özü-özünü idarə edə bilən sistemdir. Şəhər idarəetməsinin bu modeli şəhər infrastrukturuna daxil olan bütün sistemlərin müasir texnologiyalarla qurulmasına və idarəedilməsinə əsaslanır. Yəni, bu sistemlərin qurulduğu şəhərlər özü-özünü təmin edir və onların ətraf mənbələrdən asılılığı azalır”, – deyə N.Yasinova bildirib. 

Teqlər:
infrastruktur, inkişaf, kənd, şəhər, kənd təsərrüfatı, Qarabağ, smart village, smart city

Əsas mövzular