14:21 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
Hi-Tech
Qısa URL
11 0 0

Portala görə, mesajlaşmanın işindəki fasilələr Moskva vaxtı ilə təxminən 12.02-də başlayıb və ən çox nasazlıq İngiltərə, Yunanıstan, Polşa, eləcə də Belçika, Hollandiya, Avstraliya və bir sıra digər ölkələrdə qeydə alınıb.

BAKI, 10 dekabr — Sputnik. Bir çox ölkələrdə Facebook Messenger tətbiqetməsinin istifadəsində problem yaranıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, populyar internet mənbələrindəki kəsilmələri izləyən Downdetector saytının məlumatında xidmətdə fasilələr olduğu qeyd edilib.

Portala görə, mesajlaşmanın işindəki fasilələr Moskva vaxtı ilə təxminən 12.02-də başlayıb və ən çox nasazlıq İngiltərə, Yunanıstan, Polşa, eləcə də Belçika, Hollandiya, Avstraliya və bir sıra digər ölkələrdə qeydə alınıb.

Downdetectorun məlumatına görə, Messenger istifadəçilərinin 52% -i mesaj alma problemlərindən, 31% -i serverə qoşulma ilə, 16% -i isə icazə ilə bağlı şikayətçidilər.

Problem hazırda Azərbaycanda da yaşanır.

Facebook və eyni adlı sosial şəbəkə 4 fevral 2004-cü ildə Mark Zuckerberg tərəfindən qurulub. "Facebook"-un baş ofisi Kaliforniyada yerləşir. "Facebook" "Messenger", "Instagram", "WhatsApp" kimi bir sıra digər populyar xidmətlərə sahibdir.

Teqlər:
problem, messenger, Facebook

Əsas mövzular