07:19 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
21 0 0

Eyni zamanda "Evədək optika" layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Baktelecom" tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur

BAKI, 5 avqust — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) "Evədək optika" layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq həyət evlərinin sahibləri də fiber-optik xətlərin verdiyi üstünlüklərdən yararlana biləcəklər.

Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb. Sakinlər optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri, eləcə də bu xidmətləri dəstəkləyən pulsuz modemlərlə təmin ediliblər.

Daha çox sakinə xidmət göstərilməsi məqsədilə yaxın zamanda qəsəbənin bütün ərazisinin fiber-optik xətlərlə təchiz olunması nəzərdə tutulur.

Eyni zamanda "Evədək optika" layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Baktelecom" tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur.

Qeyd edək ki, layihə GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir. Texnologiya eyni vaxtda bir fiber-optik xətt üzərindən bir neçə rəqəmsal xidmətin abunəçinin evinə ötürülməsinə imkan yaradır.

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    343
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    559
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    2141