08:27 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
46 0 0

Şirkət vurğulayır ki, "WhatsApp" mesajların gizliliyi və dezinformasiyanın yayılmasının qarşısının alınması istiqamətində işləyir.

BAKI, 7 aprel — Sputnik. "WhatsApp" messenceri koronavirus haqında dezinformasiyanın qarşısını almaq üçün əldə olunan mesajların göndərilməsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edəcək. Bu barədə Sputnik Azərbaycan "TheVerge" nəşrinə istinadən xəbər verir.

"Biz məhdudiyyətlər tətbiq edəcəyik. Bu cür mesajlar bundan sonra bir dəfəyə yalnız bir qrupa göndərilə biləcək", - deyə məlumatda qeyd olunur.

Şirkət vurğulayır ki, "WhatsApp" mesajların gizliliyi və dezinformasiyanın yayılmasının qarşısının alınması istiqamətində işləyir.

Qeyd olunur ki, "WhatsApp" istifadəçilərə daha dəqiq informasiyanın çatdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin Milli Səhiyyə Nazirlikləri ilə işləyir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu keçib, 74 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular