13:06 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
4601

Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi "WhatsApp"dan istifadə edə bilməyəcək

BAKI, 11 dekabr — Sputnik. "WhatsApp" messenceri "Windows Phone" istifadəçiləri, "Android" və "iOS"un köhnə versiyalarında işləməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

"Windows Phone"da tətbiq 31 dekabr 2019-cu ildən sonra dayanacaq. "Android 2.3.7" və "iOS 8"-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci il fevralın 1-də "WhatsApp"dan istifadə etmək mümkün olmayacaq.

Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi "WhatsApp"dan istifadə edə bilməyəcək.

Qeyd olunur ki, bu qərar tətbiqin imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.

Əsas mövzular