BAKI, 12 oktyabr — Sputnik. Çin hökuməti internet üzərində nəzarəti gücləndirir. Dekabrın 1-dən etibarən mobil telefon nömrəsi əldə etmək üçün ərizə verən istifadəçilər telekommunikasiya şirkətləri tərəfindən üzün skan edilməsi prosedurundan keçməli olacaqlar. Sputnik Azərbaycan-ın "hightech.plus" saytına istinadən yaydığı məlumata görə, yeni tədbirlərin rəsmi məqsədi kiberməkanda fırıldaqçılıq və başqa cinayətlərlə mübarizə aparmaqdır. Ancaq ekspertlər Çin rəhbərlərinin 850 milyondan çox mobil internet istifadəçisi üzərində nəzarəti daha da gücləndirməyi planlaşdırdığını istisna etmirlər.
Əksər ölkələrdə mobil rabitə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanarkən pasport və ya digər şəxsiyyəti təsdiq edən sənəd lazımdır. Çində bu cür qaydalar 2013-cü ildən qüvvədədir.