15:58 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Əlində 100 dollar əskinası olan şəxs iPhone X alarkən, arxiv şəkli

"Apple" bazar payını qaytarmaq üçün radikal addıma əl atıb

© AP Photo / Richard Drew
Hi-Tech
Qısa URL
37910

Bu model 2016-cı ildə buraxılmış "iPhone SE" smartfonundan sonra ikinci ucuz "iPhone" cihazı hesab edilir

BAKI, 5 sentyabr — Sputnik. Amerikanın "Apple" korporasiyası gələn il "iPhone" smartfonunun yeni ucuz modelini təqdim edəcək.

Bu barədə "Nikkei Asian Review" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

"Smartfon bazarında payını itirməkdə olan "Apple" şirkəti inkişaf etməkdə olan bazarlarda alıcıları cəlb etmək və Çində "Huawei Technologies" və digər rəqiblərin tutduğu mövqeləri qaytarmaq üçün gələn yaz ucuz "iPhone" modelini buraxacaq", - mənbələr deyiblər.

Bu model 2016-cı ildə buraxılmış "iPhone SE" smartfonundan sonra ikinci ucuz "iPhone" cihazı hesab edilir. Qeyd edək ki, "iPhone SE" smartfonunun ilkin qiyməti 399 dollar səviyyəsində təyin edilmişdi.

Yeni modelin adına dair heç bir məlumat verilmir.

Əsas mövzular