05:31 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Google Chrome brauzeri

Google-dan daha bir mühüm yenilik

© Sputnik / Anar Mustafayev
Hi-Tech
Qısa URL
71 0 0

“Google” öz sosial şəbəkəsini bağlayır

BAKI, 8 oktyabr — Sputnik. “Google” şirkəti fərdi istifadəçilər üçün istifadəyə verdiyi “Google+” sosial şəbəkəsini bağlayır.

Sputnik Azərbaycan şirkətin saytına istinadla xəbər verir ki, şirkətin bu addımı sosial şəbəkənin populyarlığının az olması ilə bağlıdır.

Şirkətin məlumatında qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri öz məlumatlarını on ay müddətində digər platformalara köçürə bilərlər. “Google+” sosial şəbəkəsi tam olaraq öz fəaliyyətini 2019-cu ilin avqustunda dayandıracaq.

“Google+” 2011-ci ildə “Google Profiles” xidmətinin bazasında istifadəyə verilib. 2012-ci ildən etibarən 13 yaşından yuxarı bütün istifadəçilər bu sosial şəbəkədə sərbəst şəkildə qeydiyyatdan keçə bilib. Şirkət bundan əvvəl açdığı “Orkut” adlı sosial şəbəkəni də 2014-cü ildə eyni səbəbdən bağlayıb.

Əlaqədar

“Google”dan mühüm yenilik gözlənilir
"Google"dan istifadə edənlər üçün bəd xəbər
“Google”dan istedadlı azərbaycanlıya jest: Vəzifə verildi
"Facebook" və "Google" istifadəçilərin şəxsi həyatına müdaxilə edir

Əsas mövzular