18:33 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
28 0 0

Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər

BAKI, 23 may — Sputnik. "NETTY-2018" nominantları müəyyən edilib. Mükafatın qalibləri mükafatlandırma mərasimində elan olunacaq.

NETTY 2018-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə, mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilmişdir.

Nominantların yekun siyahısı ilə mükafatının saytında (https://www.netty.az/nominantsaz) tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar içərisindən qaliblər 8 iyunda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.

Eyni zamanda Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisəsi" fəxri nominasiyalarında qaliblər elan ediləcək. Həmçinin "İlin Mobil proqramı", "Virtual Münsiflər Heyətinin Seçimi", "Ən yaxşı onlayn-videolayihə" nominasiyalarının qaliblərinin mükafatlandırılması olacaq.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru — NAR.
Qızıl partnyor — Azintelecom şirkətinin Data Mərkəzidir.
Mükafatlandırılma mərasiminin partnyoru Blink.az.

Şirkət-distribütor "Mi Mobile" şirkəti, "Carlsberg Azerbaijan" şirkəti, "BakuTel" sərgisi, "SmartHost" şirkəti, operator "KATV1", "Golden Pay" şirkəti, "DEJURE" layihəsi, "Renley.az" veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Nominasiyalar partnyorları "Bodycare.az", "Meshque Azerbaijan", "Ilgar Gracie Photographer".

Layihənin informasiya partnyorları: "Infocity.az", "CBC.az", "Sputnik.az", "Oxu.az", "Media.az", "Salamnews.org", "DeJure.az" saytları.

"NETTY Azərbaycan" Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Sputnik Azərbaycan sözügedən mükafatın informasiya tərəfdaşıdır.

Əlaqədar

NETTY-2018 qalibləri müəyyən edir
Teqlər:
Virtual Münsiflər Heyətinin və Ekspert Şurası, NETTY-2018, qaliblər

Əsas mövzular