21:07 03 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
97 0 0

Elnur Eltürk: "Vikipediya" həm də həqiqətlərimizin dünyaya çatdırılması üçün uğurlu vasitədir"

BAKI, 12 yanvar — Sputnik. ""Vikipediya"da 40 milyon məqalə mövcuddur". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk deyib.

O bildirib ki, son bir ayda "Vikipediya"nın Azərbaycan bölməsinin 700-ə yaxın aktiv istifadəçisi olub: "Vikipediya" milyardlarla girişi olan resursdur. İdarəçilər və fəallar tərəfindən "Azərbaycan Vikipediya"da 130 mindən çox məqalə yaradılıb".

"Vikipediya"da 200-dən çox dil qrupu mövcuddur. Azərbaycan burada 51-ci yerdə qərarlaşıb. İstərdik ki, bizim elm adamları da "Vikipediya"da fəal olsunlar. "Vikipediya" həm də həqiqətlərimizin dünyaya çatdırılması üçün uğurlu vasitədir" — E.Eltürk vurğulayıb.

Əlaqədar

"Vikipediyada Azərbaycan əleyhinə yazan mütəşəkkil qruplar var"
Teqlər:
dil qrupu, Elnur Eltürk, Vikipediya, Azərbaycan

Əsas mövzular