02:07 14 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Mobil telefon batareyası

Həyatımızı dəyişəcək inqilabi yenilik: 5 saniyəyə enerji yığan batareya hazırlandı

CC0 / rawpixel / phone
Hi-Tech
Qısa URL
234 0 0

Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə, 70 il istifadə oluna bilər

BAKI, 25 dekabr — Sputnik. Çinin Cıcian universitetinin polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan aliminium-qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə, 70 il istifadə oluna bilər.

Cıcian Universitetinin alimləri hazırladıqları bartareyanın mənfi 40 dərəcə və müsbət 120 dərəcə temperatura davamlı olduğunu iddia etsələr də, onun kütləvi şəkildə istehsalı və istifadəsi üçün texniki baxımdan hələ çox iş görmək lazım gəldiyini bildirirlər.

 

 

Əlaqədar

İnsan beynini oxuya bilən cihaz kəşf edildi
Möhtəşəm kəşf reallaşdı
Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq
Əlil arabasında kainatı kəşf edən dahi
Planetimizlə bağlı mühüm kəşf
Teqlər:
batareya, alimlər, kəşf, enerji, Çin

Əsas mövzular