08:40 18 Noyabr 2017
Canlı yayım
Haker

Hakerlərin axırına bunun köməyilə çıxacaqlar

© AFP / JOEL SAGET
Hi-Tech
Qısa URL
24 0 0

Pensilvaniya Universiteti tərəfindən hazırlanan bu ağıllı sistem ona daxil olan hər hansı bir hücumu anladığı zaman hakeri yaradılmış saxta bir şəbəkəyə yönləndirir.

BAKI, 19 sen — Sputnik. Kiber dünyanın piratları olan hakerlərə qarşı tamamilə təhlükəsiz sistem hələlik istehsal edilməyib. Lakin texnologiyanın inkişafı sayəsində artıq təhlükəsizlik tədbirləri də ağıllı hala gətirilib. Belə ki, hakerləri aldatmaq məqsədilə onlara qarşı yeni nəsil təhlükəsizlik sistemi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Pensilvaniya Universiteti tərəfindən hazırlanan bu ağıllı sistem ona daxil olan hər hansı bir hücumu anladığı zaman hakeri yaradılmış saxta bir şəbəkəyə yönləndirir. Hakerin saxta bölgədə olduğunu anlamaması üçün sistem ona şəbəkə haqqında lazımsız məlumatları bilməsinə icazə verir. Sistem tədqiqat mərhələsindəki hakerin bir neçə dəfə bu şəbəkəyə daxil olacağını təxmin etdiyi üçün onu qara siyahıya əlavə edir və bir sonrakı hücumunda da eyni saxta şəbəkəyə yönləndirərək fərqli məlumatlar verir. Ağlı qarışan haker dəyişikliyin səbəbini başa düşmədiyi, sistem adminstratorunun bu vəziyyətdən xəbərdar olduğunu bilmədiyi üçün zaman üstünlüyünü itirir. Belə ki, bu ağıllı sistem hakerin bütün fəaliyyətlərini qeydə alır və istəmədən də olsa, sistem adminstratoruna bildirir.

Hazırda sistem sınaqdan keçirilir.

Əsas mövzular