01:31 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
Futbol üzrə dünya çempionatı (90)
166 0 0

Bu qrupda hər şey III turda həll olunacaq. Son turda Almaniya Cənubi Koreya, Meksika isə İsveçlə görüşəcək.

BAKI, 24 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında F qrupunda II turun ikinci oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, hazırkı dünya çempionu Almaniya millisi İsveçi sınağa çəkib.

Qeyd edək ki, I turda Almaniya gözlənilmədən Meksikaya uduzmuş, İsveç isə Cənubi Koreyaya qalib gəlmişdi. Bu gün qrupun II turunun ilk oyununda Meksika Cənubi Koreyaya qalib gələrək mövqeyini möhkəmləndirmişdi. Növbəti mərhələyə keçmək şansını saxlamaq üçün Almaniya mütləq qələbə qazanmalıydı.

Almanlar çətinliklə də olsa qoyulan tapşırığın öhdəsindən gəliblər. Oyunda hesabı 32-ci dəqiqədə isveçli Ola Toivonen açıb. 48-ci dəqiqədə alman Marko Reus bu qollardan birinin əvəzini çıxıb. 82-ci dəqiqd Almaniya millisinin oyunçusu Jerom Boatenq ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq, meydandan qovulub. Hər şeyin bitdiyi düşünüldüyü 90+5 dəqiqəsində almanların oyunçusu Toni Kross gözəl zərbə ilə komandasına vacib qələbə qazandırıb.

Bu qrupda hər şey III turda həll olunacaq. Son turda Almaniya Cənubi Koreya, Meksika isə İsveçlə görüşəcək.

 

Mövzu:
Futbol üzrə dünya çempionatı (90)

Əlaqədar

DÇ-2018: Meksika rəqiblərinə aman vermir
DÇ-2018: Belçikadan böyük hesablı darmadağın
DÇ-2018: Daha bir favorit biabırçılıqdan son anda qurtuldu
DÇ-2018: Çempionatı tərk edən dördüncü yığma məlum oldu
DÇ-2018: Danimarka növbəti mərhələnin bir addımlığında
Teqlər:
dünya çempionatı, qol, İsveç, qələbə, Almaniya, futbol

Əsas mövzular