Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Meksika rəqiblərinə aman vermir

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Республика Корея - Мексика
Футбол. ЧМ-2018. Матч Республика Корея - Мексика - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qələbə Meksikaya turnir cədvəlində birinci pilləyə yüksəlməyə imkan verib

BAKI, 23 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatının F qrupunda II turun ilk oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, çempionatın əsas sensasiyasına imza atan Meksika qrupun autsayderi sayılan Cənubi Koreya ilə görüşüb.

Xatırladaq ki, I turda Meksika gözlənilmədən çempionatlın favoritlərindən olan Almaniya millisini 1:0 hesabı ilə məğlub edib. Cənubi Koreya isə İsveç millisinə eyni hesabla məğlub olub.

Bu gün keçirilən oyunda Meksika 2:1 hesablı qələbə qazanıb. Qolları Meksikanın heyətində Karlos Vela (26-cı dəqiqə), Havyer Ernandez — Çiçarito (66-cı dəqiqə), Cənubi Koreyanın heyətində Xın Min Son (90+3 dəqiqə) vurublar.

Bu qələbə Meksikaya turnir cədvəlində birinci pilləyə yüksəlməyə imkan verib. Qrupda digər oyun Almaniya və İsveç arasında olacaq. Matç bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər lenti
0