Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Almaniya ənənəni pozmadı

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidDÇ-2018, Almaniya-Meksika, oyunun qəhrəmanı meksikalı İrvinq Losano və alman Yozua Kimmix
DÇ-2018, Almaniya-Meksika, oyunun qəhrəmanı meksikalı İrvinq Losano və alman Yozua Kimmix - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya ilk görüşdə gözlənilmədən Meksikaya məğlub oldu

BAKI, 17 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında F qrupunda ilk oyun keçirilib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk qarşılaşmada son dünya çempionları Almaniya ilə Meksika üz-üzə gəliblər.

Birinci hissə almanların üstünlüyü ilə keçib. Lakin 35-ci dəqiqədə Losano meksikalıları irəli çıxarıb — 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissə də almanların böyük üstünlüyü ilə keçib. Lakin onlar hesabı dəyişə bilməyiblər. Beləliklə, Meksika dünya çempionlarını məğlub edib — 1:0.

Beləliklə, son dünya çempionatlarının ənənəsi pozulmadı. Belə ki, dünya çempionları bir qayda olaraq ilk oyunda məğlub olurlar.

Xəbər lenti
0